İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dəstək məqsədilə ölkənin sənaye parklarında tətbiq olunan güzəşt mexanizmləri öz bəhrəsini verir.
GDP xəbər verir ki, rezidentlər vergi və gömrük imtiyazları sayəsində indiyədək ümumilikdə 567 milyon manat vəsaitə qənaət ediblər.
Bu barədə verilən məlumata görə, sənaye parkları rezidentləri üçün 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunma imkanı nəzərdə tutulur. Bundan əlavə, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV və gömrük rüsumlarından azad edilir.
Tətbiq edilən bu güzəştlərin nəticələri açıq şəkildə özünü göstərir. Belə ki, sənaye parklarının rezidentləri indiyədək 567 milyon manat, təkcə 2025-ci ildə isə 42,3 milyon manat vəsaitə qənaət ediblər.
Qeyd edək ki, bu güzəşt mexanizmləri sahibkarların xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, investisiya cəlbediciliyinin artmasına və ölkədə rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına geniş şərait yaradır. Eyni zamanda, bu tədbirlər qeyri-neft sənayesinin davamlı inkişafına mühüm töhfə verməkdədir.

