1944-cü ildə yaradılmış Beynəlxalq Valyuta Fondu (BVF) maliyyə yardımı və sabitliyi, məhsuldarlığı və iş imkanlarını artırmaq üçün siyasət istiqamətində təlimat verməklə ölkələrin iqtisadi artımını dəstəkləyir.
Ölkələr iqtisadi böhranları həll etmək, valyutalarını sabitləşdirmək, struktur islahatları həyata keçirmək və tədiyə balansında yaranan çətinlikləri yüngülləşdirmək üçün BVF-dən kreditlər alır.
Aşağıdakı cədvəldə Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan 10 ölkə əks olunur.
Argentina siyahıya başçılıq edir
Argentinanın BVF-yə olan borcu ölkənin ÜDM-nin 5,3%-nə bərabərdir. Ümumilikdə ölkənin Beynəlxalq Valyuta Fonduna 32 milyard dollardan çox kredi borcu mövcuddur.
Ən çox borcu olan 10 ölkədən 5-i Afrikada, 3-ü isə Cənubi Amerikadadır.
Siyahımızdakı yeganə Avropa ölkəsi olan Ukrayna Rusiya ilə münaqişə şəraitində beynəlxalq dəstəyə arxalanıb. Rusiyanın ölkəyə genişmiqyaslı müdaxiləsinin ölkə iqtisadiyyatının üçdə birinin itkisinə səbəb olduğu təxmin edilir. Ölkənin BVF-yə 9 milyard dollar borcu var.
Ümumilikdə, 100-ə yaxın ölkənin BVF-yə borcu var və bütün bu borcların ümumi məbləği 111 milyard dollardır. Yuxarıdakı ölkələr (ilk 10) bu borcların təxminən 69%-ni təşkil edir.
Müəllif: Aynur Qəniyeva