- Dünya birjalarında son vəziyyət: enerji və metallar yüksəlişdə
- ABŞ-ın nəhəng şirkətlərindən Morgan Stanley və Oracle kütləvi ixtisarlara hazırlaşır
- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
Author: Aynure Gdp
Euroclear, dondurulmuş Rusiya aktivlərindən 1,55 milyard avronu iyul ayında Ukrayna üçün Avropa Birliyi Fonduna köçürəcək. GDP xəbər verir ki, iyul ayında Euroclear ilk dəfə dondurulmuş Rusiya aktivlərindən 1,55 milyard avronu Ukrayna üçün AB Fonduna köçürəcək. Belçika şirkəti həmçinin bloklanmış vəsaitlərdən gəlir əldə etdiyini bildirib — ilin birinci yarısında depozitar investisiya hesabına 3,4 milyard avro qazanıb. Bu məbləğdən 836 milyon avro vergi Belçika xəzinəsinə daxil olacaq. Rusiyaya qarşı sanksiyalar Euroclear-ın gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərməyə davam edir. 2023-cü ilin birinci yarısında 4 milyard faiz gəlirindən 2024 milyard avro sanksiya tətbiq olunan Rusiya aktivlərindən əldə edildi. Şirkət, bu yaxınlarda AB-nin Rusiya aktivlərinə…
ABŞ-ın neft ehtiyatları həftə ərzində 3,74 milyon barel azalıb. GDP xəbər verir ki, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 3,74 milyon barel azalaraq 436,48 milyon barrelə düşüb. Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında məlumat verilir. Benzin ehtiyatları 5,57 milyon barrel azalıb. Ticarət kondensat ehtiyatları 2,75 milyon barel azalıb. Mütəxəssislər neft ehtiyatlarının 2,84 milyon barrel azalacağını, benzin ehtiyatlarının 1 milyon barel artacağını və distillə ehtiyatlarının 1 milyon barrel artacağını gözləyirdilər.
Euromoney nəşri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görüldük! Mükafatın əldə olunmasına səbəb olan mühüm məqamları sizinlə bölüşmək istərdim.GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın Euromoney nəşri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülməsi barədə deyib. O bildirib: “İl ərzində bank KOS müştərilərinin dövriyyə ehtiyaclarının qarşılanması üçün rəqəmsal platformalar vasitəsilə 100 mln. AZN-dən çox girovsuz maliyyə vəsaiti ayırmışdır. Bundan əlavə ölkədə təchizat zəncirinin maliyyələşməsi istiqamətində ənənəvi təhlillərə ehtiyac olmadan rəqəmsal kanallarla faktorinq məhsulu müştərilərə təqdim edilib.”Cavid Quliyev əlavə edib kii,ticarət maliyyələşdirilməsi portfelindən əldə etdiyimiz artım 26% təşkil edir. 2023-cü ildə…
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu “PAŞA Sığorta” ASC ilə 5 milyon manatlıq müqavilə bağlayıb. GDP xəbər verir ki, müqavilədə daşınmaz əmlakların sığortalanması (daşınmaz əmlakın könüllü sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası) nəzərdə tutulur. Müqavilənin dəyəri isə 4 804 578 manat təşkil edir.
Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Məcəlləyə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə ediləcək.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “PAŞA Bank” ASC-ni ziyarət edib.GDP xəbər verir ki, PAŞA Bank-ın Baş ofisində keçirilən görüşdə Bankın İdarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, Marketinq Direktoru Zara İbrahimzadə, İdarə heyəti sədrinin Assistenti Mehriban Məhərrəmli, ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov, sədrin müavini Tahsin Gündem və İdarə heyətinin üzvü Muhterem Öz iştirak edib.ATİB-in fəaliyyətindəki yeniliklər barədə məlumat verən Mürsəl Rüstəmov Birliyə üzvlüyün şirkətlərə yaratdığı imkanlar, üzvlər arasındakı əməkdaşlığın onların biznesi üçün faydaları, ATİB ilə dövlət qurumları arasında mövcud tərəfdaşlıq əlaqələri barədə ətraflı məlumat verib.Cavid Quliyev Bankın “PASHA Bank Türkiyə” ilə birlikdə bir sıra…
“AccessBank” QSC dövriyyədə olan imtiyazlı səhmlərinin geri alınmasını elan edir. GDP xəbər verir ki, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 1 Azərbaycan manatı olan dövriyyədəki bütün 11 388 889 ədəd imtiyazlı səhminin geri alınmasını və müvafiq məbləğdə nizamnamə kapitalının azaldılmasını elan edir. İmtiyazlı səhmlərin geri alqı-satqısı üzrə məcmu dəyər 11,388,889 Azərbaycan Manatı təşkil edir. İmtiyazlı səhmlər Bankın ötən ilinin mənfəəti hesabına geri alınır və məcmu kapitalın eyni həcmdə azalması ilə Bankın kapital adekvatlığı buferi yüksək olaraq qalacaq və məcmu kapital həcmi requlyativ normadan üç dəfə çox olacaqdır. Elanla bağlı hər hansı tələb və ya sualınız olarsa, 30 təqvim…
Bu gün ABB komandası üçün çox önəmli gündür. Bankımız yeni seqmentə – kiçik bizneslərə öz yeni maliyyə həllini – ABB Biz tətbiqini təqdim edir.GDP xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB -nin yeni tərbiqi barədə deyib. O bildirib: “Hədəfimiz sadə və gözoxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərə gündəlik bank əməliyyatlarını, rəqəmsal kreditləşməni, mobil POS xidmətlərini daha əlçatan etmək, e-mühasib kimi yeniliklərlə onların işini asanlaşdırmaqdır.”Abbas İbrahimov əlavə edib: “İnanırıq ki, bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin daha da şəffaflaşmasına dəstək olacaq.”
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ümumilikdə 6 yeni telekommunikasiya operator və provayderi uçota alınıb. GDP xəbər verir ki, “Aznet technologies” QSC, “Alnet”, “Profib”, “Volt internet”, “Sfera net” və “Caspian İT services” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib. Həmçinin “Proksi fiber” və “Avirtel” MMC-lərin müraciətləri əsasında operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən uçotları ləğv edilib. Bununla da uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.
PAŞA Kapital İnvestisiya Şirkəti ABŞ-nin nüfuzlu “World Economic Magazine” jurnalı tərəfindən “Best Investment Company Azerbaijan 2024” mükafatına layiq görülüb.GDP xəbər verir ki, “World Economic Magazine” — ABŞ-də yaradılmış, maliyyə peşəkarları və sahibkarlar üçün müasir iqtisadiyyatın analizini və maliyyə sahəsində innovativ biznes təcrübəsini paylaşan dərgidir. PAŞA Kapital qazandığı mükafatı bazardakı güclü mövqeyi, yüksək dövriyyəsi, yerli kapital bazarının inkişafına verdiyi töhfələr sayəsində əldə edib.
