- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
“Bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb” Bunu bu gün “PAŞA Bank” ın təşkilatçılığı ilə baş tutan “Azərbaycan bazarında sindikat kreditləşməsi” mövzusuna dair konfransda bankın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib. O bildirib: “Bu gün Azərbaycanda çox sayda irimiqyaslı layihələrin keçirilməsini nəzərə alaraq, bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb. Bugünkü tədbirin məqsədi bu mövzuya diqqət çəkməklə real sektorun biznesləri, potensial investorları və maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirib, bu sahədə əməkdaşlığın qurulması istiqamətində açılan perspektivləri tanıtmaqdır.”
Sorğuya cəlb edilən 953 respondentin cəmi 87.9%-i bank xidmətlərindən istifadə etdiyini qeyd edib. Respondentlər ən çox istifadə etdikləri bank kimi 17 bank adı qeyd ediblər. Onların 97.6%-i qrafikdə göstərilən TOP 10 bankdan istifadə edir. GDP xəbər verir ki, bu barədə Business Insight” şirkətinin Azərbaycanın “Tövsiyyə” Çempionları Hesabatında məlumat verilir. Bildilir ki, sorğuda iştirak edən respondentlərin 67.7%-i “Kapital Bank”ın, 15.2%-i “ABB”nin , 6%-i “Unibank”ın istifadəçisidir. O cümlədən soğuda iştirak edənlərin 5%-i “Leobank”ın ,2.3%-i, “Rabitə Bank”ın 1.4%-i”Access Bank”ın, 1.4%-i “AzerTürk Bank”ın , 1.4%-i “Bank of Baku”nun, 1.2%-i “PAŞA Bank”ın, 1.0%-i”bank Respunka”nın xidmətlətindən istifadə etdiyini bildirib.
Analizlər göstərir ki, digər banklara nisbətdə ABB müştəriləri nisbətən daha yaşlı nəslin nümayəndələridir. Öz istehlakçı bazasında ABB «Müştərini düşünən», «Uyğun faiz şərtləri təklif edən» və «Keyfiyyətli xidmət göstərən» bir bank kimi mövqelənib. GDP xəbər verir ki, bu fikirlər “Business Insight” şirkətinin Azərbaycanın “Tövsiyyə” Çempionları Hesabatında əks olunub. Hesabatın davamında bildirilir: “Kapital Bank-ın riteyl bazarının lideri olması onun bir sıra brend xarakterinə də yaxşı mənada təsir edib. Belə ki, qavrayışlarda Kapital Bank rəqiblərinə nisbətdə «Mobil internet bankçılığı», «Yenilikçi», «Gəlirli», «Şöbə və ATM saylarının çoxluğu» kimi xüsusiyyətləri özündə ehtiva edir.” Əlavə edilib ki, müştəri xidmətləri keyfiyyəti isə Kapital bank və ABB-nin ortaq…
“Türkiyə BRICS təşkilatına qoşulmaq niyyətindədir”. GDP xəbər verir ki, bunu “South China Morning Post” qəzetinə müsahibəsində , bu barədə məlumatı Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. O bildirib: “Bu məsələ təşkilata üzv ölkələrin nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə ediləcək: “Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Görək, bu il nəyə nail ola biləcəyik”. Qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Sosial Tədqiqatlar Mərkəzində Mərkəzi Bankın İstehlakçılarla iş departamenti ilə Mərkəz arasında görüş keçirlib. GDP xəbər verir ki, görüşdə Mərkəzi Bank tərəfindən İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov, İstehlakçılarla iş departamentinin Vətəndaşların qəbulu şöbəsinin rəisi Vüsal Hüseynov, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Mərkəzin icraçı direktoru Sahib Məmmədov, Sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev iştirak edib. Mərkəzi Bankla Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Birgə fəaliyyətlə bağlı təkliflərin hazırlanaraq Mərkəzi Bankın və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətlərinə təqdim olunması qərara alınıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) “AFB Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə, inzibatçı təyinatı ilə bağlı qərarın qəbul edildiyi tarixdən 5 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 15.2-ci maddəsi ilə müəyyən edilmiş tələbə “AFB Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq banka daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
“Biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır”. GDP xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlət başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il…
“PAŞA Həyat” növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib. GDP xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs səhəttində yaranan problem nəticəsində vəfat edib. Vəfat edən şəxs əvvəlcədən”PAŞA Həyat” sığorta şirkətində sığortalanıb. Həmin şəxsin götürdüyü İpoteka krediti üzrə 56 min 57 manat qalıq borc “PAŞA Həyat” tərəfindən kreditin götürüldüyü banka ödənilib. Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən 2024-cü ilin əvvəlindən indiyədək ümumi kredit götürən şəxslər üçün həyat sığortası üzrə 211 min 648 manat ödəniş həyata keçirilib.
Ödənişlərin aparılması, vəsaitlərin köçürülməsi və nağdlaşdırılması zamanı ödəniş xidməti təchizatçıları tərəfindən təqdim olunan QR kodun tərtib edilməsinə dair minimum tələbləri müəyyən edilməsi məqsədilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” hazırlanıb və Mərkəzi Bankın İdarə Heyətinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilərək bankın internet səhifəsində (www.cbar.az/page-848/methodological-documents ) yerləşdirilənib. Bu GDP-nin Mərkəzi Bankın “Ölkədə vahid QR kod yaradılması” ilə bağlı sorğusuna Mərkəzi Bankın mətbuat xidməti tərəfindən verilən cavabda bildirlir. Məlumatda qeyd olunur : “Metodoloji Rəhbərliyin məqsədi Azərbaycan Respublikası ərazisində QR kod vasitəsi ilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi üçün…
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti – BOTAŞ arasında energetika sahəsində sazişlər imzalanıb. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “X” sosial şəbəkə hesabında bildirib. Nazir bildirib: “Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR və BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcək” . #Azərbaycan və #Türkiyə arasında bütün sahələrdə olduğu kimi #iqtisadiyyat və #enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın (@aBayraktar1) iştirakı ilə #SOCAR (@SOCARofficial)…
