Author: Aynure Gdp

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəz (İİTKM) 2024-cü ildə  271,473 manat xalis zərər edib ki, bu da 2023-cü ilin 161,982 manat zərəri ilə müqayisədə 109,491 manat və ya 67.59% artım təşkil edir. GDP xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas əməliyyat gəlirləri 2024-cü ildə 450,109 manat təşkil etmişdir ki, bu da 2023-cü ilin 233,308 manat gəliri ilə müqayisədə 216,801 manat və ya 92.93% əhəmiyyətli artım deməkdir. Digər əməliyyat gəlirləri isə 2,598,096 manatdan 2,586,279 manata qədər az dəyişərək, cəmi 0.46% artıb. Bununla belə, gəlirlərdəki bu müsbət dəyişikliklər xərclərin sürətli artımı ilə örtülmüşdür. Hesabat dövründə İqtisadi İslahatların Təhlili və…

Read More

SOCAR-ın İnteqrasiya Olunmuş Qaz Segmentinin və “SOCAR Midstream Gas Operations” MMC-nin  rəhbər şəxlərindən ibarət nümayəndə heyəti Huawei-in qərargahına işgüzar səfər edib. GDP xəbər verir ki, SOCAR-ın Vitse-prezidenti və “SOCAR Midstream Gas Operations”-un İcraçı Direktoru Polad Rüstəmovun rəhbərlik etdiyi heyətin tərkibində şirkətin qaz infrastrukturunun istismarı, modernləşdirilməsi və texnologiya tərəfdaşlığı üzrə məsul şəxslər də yer alıb. Səfər zamanı tərəflər SOCAR-ın qaz infrastrukturu üçün rəqəmsal həllər və ağıllı idarəetmə sistemlərinin inteqrasiyası imkanlarını müzakirə ediblər. Görüşdə əsas diqqət operativ səmərəliliyin artırılması və enerjinin idarə edilməsində innovativ texnologiyaların tətbiqinə yönəlib. Həmçinin, SOCAR-ın davam edən rəqəmsal transformasiya prosesini dəstəkləmək üçün əməkdaşlığın genişləndirilməsi və gələcək texnologiya təşəbbüslərinin…

Read More

“2025-ci ilin 9 ayı üzrə sığortahaqları 1157 milyon, sığorta ödənişləri isə 684 milyon manat təşkil edib”. GDP xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Sığortahaqları ötən ilin eyni dövrü ilə müqayisədə 13%, sığorta ödənişləri isə 23.5% artıb. Sığortahaqlarının 76%-i könüllü, 24%-i isə icbari sığorta növlərinin payına düşür. 2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi…

Read More

“SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Nazir qeyd edib ki, SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb. “Vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yalnış mülahizədir. Bu məlumatlar açıqdır. Yanaşma belə oldu ki, müəssisə sadəcə olaraq yalnız mənfəət vergisini ödəyir. Bu, belə deyil. Müəssisə tərəfindən ödənilən vergilər müxtəlif növ vergilərdən ibarətdir. Ona görə də dövlət müəssisələrinin optimallaşdırılması hər zaman dövlətin aidiyyəti strukturlarının diqqətində bundan sonra da olacaq.…

Read More

“Le Royal Meridien Abu Dhabi” oteli otelçilik sahəsində 30 ilə yaxın təcrübəyə malik Rövşən Məmmədovu Maliyyə Direktoru vəzifəsinə təyin edib. R.Məmmədov qonaqpərvərlik, daşınmaz əmlak və sənaye sahələrində zəngin təcrübəyə malikdir. O, bu vəzifəyə qədər Azərbaycan Sənaye Korporasiyasında 19 törəmə müəssisəni əhatə edən 800 milyon ABŞ dolları dəyərində aktiv portfelini idarə edib. Karyerası boyunca R.Məmmədov Azərbaycan, Gürcüstan və Qazaxıstanda yerləşən “Trump International Hotel Baku”, “Hyatt Regency” və “Marriott International” kimi tanınmış otel şəbəkələrinin maliyyə departamentlərində rəhbər vəzifələrdə çalışıb və beynəlxalq səviyyədə dəyərli təcrübə toplayıb. Qeyd edək ki, Le Meridien 1972-ci ildə Air France tərəfindən Fransada yaradılıb. Lüks otellər şəbəkəsi kimi fəaliyyət…

Read More

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2026-cı il üçün dövlət büdcəsinə 150 milyon manat dividend ödəməsi nəzərdə tutulur. GDP-nin məlumatına görə, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə bildirilir. Sənəddə qeyd olunur ki, bu məbləğ 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə dəyişməyib. Həmçinin Rəydə göstərilir ki, bank bu ilin yanvar-avqust aylarında 175,1 milyon manat dividend ödəyib və proqnozu 116,7 % yerinə yetirib. Beləliklə ABB-nin 2026-cı ildə nəzərdə tutulan dividend ödənişi, 2025-ci ildə ödənilən məbləğlə müqayisədə 25,1 milyon manat və ya təxminən 14.3% azalmışdır. Qeyd edək ki, ABB 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156,6 milyon…

Read More

Bu ilin 10 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 % artaraq 82,5 milyard ABŞ dollarına çatıb. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, oktyabrın sonuna təkcə AMB-nin valyuta ehtiyatları 11,4 milyard ABŞ dolları təşkil edib: “Strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir, 37 aylıq mal və xidmət idxalına kifayət edir”.

Read More

BƏƏ-nin Enerji Naziri Suhail əl-Məzruey, 2026-cı ildə neft bazarında “artıq təklif” (oversupply) ehtimalına dair suala cavab verərkən, bu ehtimalı qətiyyətlə rədd edib. O, “Mən artıq təklif ssenarisi haqqında danışmayacağam,” deyərək, əlavə edib: “Gördüyümüz hər şey daha çox tələbatla bağlıdır.” Həmçinin, OPEC-in Baş Katibi Haitam əl-Qais də bazarda sürprizlərin gözlənilmədiyini və tələbatın güclü qaldığını vurğulayıb. O, OPEC+ qrupunun son qərarını şərh edərək bildirib ki, bu qərar təklif-tələbat balansını qorumağa yönəlib. OPEC+ ölkələri, o cümlədən BƏƏ, dekabr ayında hasilat hədəflərini artırmağa razılaşsalar da, təklif bolluğu qorxusu səbəbindən 2026-cı ilin birinci rübündə artımı dayandırma qərarı alıblar. BƏƏ-nin neft şirkəti ADNOC-un baş icraçı direktoru…

Read More

Audi, Lamborghini, Bentley və Ducati markalarını özündə birləşdirən Volkswagen Qrupunun premium bölməsi, əməliyyat rentabelliyi proqnozunu aşağı saldığını açıqlayıb. GDP xəbər verir ki, əvvəlki gözləntilər üzrə bu rəqəmin 7% səviyyəsində olacağı ehtimal edilirdi, amma yeni proqnoza əsasən əməliyyat rentabelliyi 4-6% arasında olacağı gözlənilir. Şirkət eyni zamanda, Porsche-nin elektrik avtomobillərinin buraxılışı da təxirə salınıb.

Read More