Close Menu
    What's Hot

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    05 Noyabr 2026

    Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

    05 Noyabr 2026
    Trending
    • TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
    • Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
    • Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur
    • “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək
    • “Atəşgah Həyat”ın İdarə Heyətinə yeni üzv təyin olunub
    • Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər kommunikasiyanın strateji əhəmiyyəti
    • AMFA COP31-də iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
    • SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
      Recent

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

      05 Noyabr 2026

      “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      ABŞ birjalarında fərqli dinamika: Dow Jones yüksəlib, Nasdaq geriləyib

      28 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026
      Recent

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026

      SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır

      05 Noyabr 2026

      Elnur Soltanov: “Biz hasilatın pay bölgüsü sazişlərini bir dəfə də olsun dəyişməmiş ölkəyik”

      04 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Azərsun Holdinq 2025: ana şirkət təsisçilərinin mənfəəti 32,7% artdı, törəmələrdə zərər dərinləşdi
    Biznes

    Azərsun Holdinq 2025: ana şirkət təsisçilərinin mənfəəti 32,7% artdı, törəmələrdə zərər dərinləşdi

    01 İyul 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərsun Holdinq MMC və onun törəmə müəssisələrinin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarından aydın olur ki, şirkət 2025-ci ildə satış həcmini, gəlirlərini, mənfəətini və aktivlərini artırsa da, eyni zamanda borclanma, inzibati xərclər, debitor borcları və likvidlik göstəricilərində müəyyən risklər formalaşıb.

    GDP xəbər verir ki, bu isə şirkətin böyümə mərhələsində olduğunu göstərməklə yanaşı, maliyyə dayanıqlılığı baxımından diqqət tələb edən məqamların da mövcud olduğunu göstərir.

    2025-ci ildə Azərsun Holdinqin gəlirləri 1 milyard 874,7 milyon manata çatıb. Bu göstərici 2024-cü ildəki 1 milyard 661,4 milyon manat ilə müqayisədə 213,3 milyon manat və ya 12,8% artıb. Satışların maya dəyəri isə 1 milyard 393,3 milyon manata yüksələrək əvvəlki illə müqayisədə 179,4 milyon manat və ya 14,8% artıb. Maya dəyərinin gəlirlərdən daha yüksək templə artması istehsal xərclərinin, xammal və logistika xərclərinin yüksəldiyini göstərir. Buna baxmayaraq, ümumi mənfəət 447,4 milyon manatdan 481,4 milyon manata yüksəlib. Artım 34 milyon manat və ya 7,6% təşkil edib. Bu isə satış həcmlərinin genişlənməsi hesabına əldə olunub.

    Şirkətin əməliyyat xərclərində fərqli dinamika müşahidə olunur. Satış və paylama xərcləri 107,8 milyon manatdan 98,1 milyon manata enərək 9,7 milyon manat və ya 9% azalıb. Bu, logistika və satış şəbəkəsinin optimallaşdırılması ilə əlaqədar ola bilər. Əksinə, inzibati və ümumi xərclər 296,6 milyon manatdan 316,4 milyon manata yüksələrək 19,8 milyon manat və ya 6,7% artıb. Bu artım əməkhaqqı fondunun, idarəetmə və ümumi təsərrüfat xərclərinin yüksəlməsi ilə izah oluna bilər.

    Maliyyə xərcləri 18,3 milyon manatdan 28,8 milyon manata yüksəlib. Beləliklə, maliyyə xərclərində 10,4 milyon manat və ya 56,7% artım qeydə alınıb. Bu, şirkətin kredit yükünün artması və ya faiz dərəcələrinin yüksəlməsi nəticəsində borclanmanın bahalaşdığını göstərən əsas siqnallardan biridir.

    Digər gəlirlər 52,6 milyon manatdan 48,5 milyon manata enərək 4,1 milyon manat və ya 7,8% azalıb. Bununla yanaşı, məzənnə fərqindən yaranan zərər 2,94 milyon manatdan 1,46 milyon manata düşərək 50,4% azalıb. Bu isə valyuta risklərinin əvvəlki illə müqayisədə azaldığını göstərir.

    Nəticədə vergidən əvvəlki mənfəət 73,8 milyon manatdan 84,6 milyon manata yüksəlib. Artım 10,8 milyon manat və ya 14,6% olub. Mənfəət vergisi üzrə xərc 11,3% artsa da, ilin yekununda xalis mənfəət 43,8 milyon manatdan 55 milyon manata yüksəlib. Beləliklə, xalis mənfəətdə 11,1 milyon manat və ya 25,4% artım qeydə alınıb. Bu, hesabatın ən müsbət göstəricilərindən biridir.

    Şirkətin balans göstəricilərinə baxdıqda da aktivlərin əhəmiyyətli dərəcədə artdığı görünür. Cəmi aktivlər 1 milyard 291,1 milyon manatdan 1 milyard 467,1 milyon manata yüksələrək 176 milyon manat və ya 13,6% artıb.

    Cari aktivlərdə diqqəti çəkən əsas məqam debitor borclarıdır. Ticarət və digər debitor borcları 204,8 milyon manatdan 318,9 milyon manata yüksələrək 114,2 milyon manat və ya 55,7% artıb. Bu, satışların kredit hesabına genişləndirildiyini göstərməklə yanaşı, vəsaitlərin dövriyyədən gec qayıtması riskini də artırır.

    Əlaqəli tərəflərdən alınacaq vəsaitlər 116,7 milyon manatdan 184,6 milyon manata yüksələrək 58,2% artıb, əlaqəli tərəflərə verilmiş borclar isə 13 milyon manatdan 21 milyon manata yüksəlib ki, bu da 61,5% artım deməkdir. Bu dinamika qrupdaxili maliyyələşmənin genişləndiyini göstərir.

    Eyni zamanda, pul vəsaitləri və onların ekvivalentləri 66,4 milyon manatdan 59 milyon manata enərək 7,5 milyon manat və ya 11,2% azalıb. Bank depozitləri də 47,8 milyon manatdan 32,7 milyon manata düşərək 15,1 milyon manat və ya 31,6% azalıb. Bu isə likvid vəsaitlərin investisiyalara və dövriyyə kapitalına yönəldiyini göstərir.

    Kapital göstəriciləri müsbət istiqamətdə dəyişib. Cəmi kapital 684,8 milyon manatdan 740,5 milyon manata yüksələrək 55,7 milyon manat və ya 8,1% artıb. Bölüşdürülməmiş mənfəət 569,3 milyon manatdan 637,6 milyon manata yüksələrək 68,2 milyon manat və ya 12% artıb. Əvəzində qeyri-nəzarət payı 26,8 milyon manatdan 13,6 milyon manata enərək təxminən 49,4% azalıb.

    Öhdəliklər daha yüksək templə artıb. Cəmi öhdəliklər 606,3 milyon manatdan 726,6 milyon manata yüksələrək 120,3 milyon manat və ya 19,8% artıb.

    Uzunmüddətli borc vəsaitləri 11,4 milyon manatdan 21,2 milyon manata yüksələrək 86% artıb. Cari borc vəsaitləri isə 167 milyon manatdan 196,8 milyon manata çataraq 17,8% artım göstərib. Ticarət və digər kreditor borcları 188,9 milyon manatdan 246,2 milyon manata yüksələrək 30,4% artıb. Bu, həm təchizatçılar qarşısında öhdəliklərin, həm də dövriyyə kapitalına olan ehtiyacın artdığını göstərir.

    Pul vəsaitlərinin hərəkəti hesabatı da maraqlı tendensiyaları ortaya qoyur. Əməliyyat fəaliyyətindən daxil olan xalis pul axını 95,6 milyon manatdan 22,1 milyon manata düşərək 73,5 milyon manat və ya 76,8% azalıb. Bu, mənfəət artsa da, dövriyyə kapitalına daha çox vəsait bağlanması, xüsusilə debitor borclarının və ehtiyatların artması ilə əlaqədardır.

    İnvestisiya fəaliyyətindən xalis pul çıxışı 117 milyon manatdan 37,7 milyon manata enərək 67,8% azalıb. Bu isə əvvəlki illə müqayisədə kapital qoyuluşlarının nisbətən zəiflədiyini göstərir. Maliyyələşdirmə fəaliyyətindən isə 11,1 milyon manat xalis pul daxil olub, halbuki 2024-cü ildə bu istiqamətdə 1,2 milyon manat çıxış olmuşdu. Bu da yeni kreditlərin cəlb olunmasını təsdiqləyir.

    Ümumilikdə, Azərsun Holdinq 2025-ci ildə satışların, gəlirlərin, xalis mənfəətin, aktivlərin və kapitalın artmasına nail olub. Lakin eyni zamanda maliyyə xərclərinin 56,7%, debitor borclarının 55,7%, ümumi öhdəliklərin 19,8% artması, pul vəsaitlərinin 11,2%, əməliyyat fəaliyyətindən pul axınının isə 76,8% azalması şirkətin qarşıdakı dövrdə əsas diqqət yetirməli olduğu risklərdir.

    Beləliklə, 2025-ci il Azərsun Holdinq üçün gəlirlərin və mənfəətin artdığı, lakin likvidlik və borclanma baxımından risklərin də gücləndiyi bir il kimi xarakterizə oluna bilər. Qarşıdakı dövrdə debitor borclarının idarə olunması, pul axınının gücləndirilməsi, borc yükünün optimallaşdırılması və inzibati xərclərin nəzarətdə saxlanılması şirkətin maliyyə dayanıqlığının qorunması baxımından həlledici əhəmiyyət daşıyacaq.

    Müəllif:Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Fərid Məmmədov: “PAŞA Qrup Azərbaycanda 5 milyondan çox insana və 70 min biznesə xidmət göstərir”

    02 Noyabr 2026

    Abşeron Ticarət Mərkəzində ölkənin ən böyük mərkəzləşdirilmiş boya mərkəzi açılıb

    31 Oktyabr 2026

    İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara 5%-dək faizlə 10 milyon manatadək kredit veriləcək

    30 Oktyabr 2026

    Vüqar Əhmədov iqtisadiyyat nazirinin müşaviri təyin edilib

    30 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.