“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkəsi təqdim edib.
GDP xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində buraxılan xüsusi sikkə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələrini təbliğ edir. Sikkənin dizaynında “Smartminting” texnologiyası ilə Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, qoşa minarəli baştağ və Qarabağlar türbəsi əks olunub.
Limitli sayda buraxılan gümüş sikkəni Satış və mübadilə mərkəzində (Bakı, Bülbül prospekti 3) və www.azergold.gift platformasında əldə etmək olar.

