Close Menu
    What's Hot

    Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

    12 İyun 2026

    Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

    12 İyun 2026

    TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

    12 İyun 2026
    Trending
    • Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır
    • Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib
    • TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
    • İranın “Fars” agentliyi hədəf siyahısını yeniləyib: İlon Maskın aktivləri da daxil edilib
    • “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
    • “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”
    • Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu
    • İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026
      Recent

      Mərkəzi Bank rəsmisi ABŞ Xəzinədarlığının nümayəndələri ilə maliyyə əməkdaşlığını müzakirə edib

      12 İyun 2026

      TuranBank beynəlxalq fonddan vəsait cəlb edib

      12 İyun 2026

      Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

      11 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABB 1 ilə 9%, 2 ilə 10% gəlir vəd edən yeni istiqrazlar buraxır

      24 Aprel 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026
      Recent

      Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

      12 İyun 2026

      “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

      12 İyun 2026

      Azərbaycanda yeni neft emalı zavodu tikiləcək – BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB

      11 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Azərbaycanda pərakəndə ticarət necə dəyişib?-Ticarət şəbəkələrinin bazar payı 5 ildə 30%-ə çatıb -ABB-nin araşdırması
    Biznes

    Azərbaycanda pərakəndə ticarət necə dəyişib?-Ticarət şəbəkələrinin bazar payı 5 ildə 30%-ə çatıb -ABB-nin araşdırması

    06 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Ölkənin əsas maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən “Azərbaycan Üzrə Pərakəndə Ticarət Sektorunun Təhlili: Trendlər və Nəticələr” adlı hesabatın II buraxılışında (Dekabr 2025) təqdim olunan məlumatlara əsasən, ölkədə pərakəndə ticarət dövriyyəsi 2020-2025-ci illər ərzində davamlı inkişaf yolu keçmişdir. Bankın təhlili göstərir ki, sektorun ümumi dövriyyəsi orta illik 3,1% artım tempi ilə artmış, 2020-ci ildə 40,2 mld. manat olan göstərici 2025-ci ilin ilk doqquz ayında 46,4 mld. manat səviyyəsinə qalxmışdır.

    Hesabatda sektorlar üzrə mütləq göstəricilər də ayrıca təhlil edilmişdir. Buna görə, ticarət müəssisələri (şəbəkəli və müstəqil mağazalar, supermarketlər) ən yüksək nisbi artım tempi nümayiş etdirərək, dövriyyələrini 2020-ci ildə 9,1 mld. manat-dan 2025-ci ilin yanvar-sentyabrında 14,0 mld. manat-a qədər artıra bilmişlər. Məhsul bazarları və yarmarkalar da güclü irəliləyiş göstərmiş, dövriyyə həcmi 9,1 mld. manat-dan 16,9 mld. manat-a çatmışdır. Fərdi sahibkarların dövriyyəsi isə dalğalanma ilə xarakterizə olunmuş, 2020-ci ildə 21,9 mld. manat olan göstərici 2025-ci ilin ilk doqquz ayında 21,4 mld. manat təşkil etmişdir.

    ABB-nin təhlilinə əsasən, ən əhəmiyyətli dəyişiklik sektorların ümumi dövriyyə içərisindəki bazar paylarının strukturunda baş vermişdir. Bu, rəqabətin intensivləşməsi və istehlakçı davranış modelinin tədricən dəyişməsi ilə əlaqədardır.

    • Ticarət müəssisələrinin payı 2020-ci ildə 23% səviyyəsindən 2025-ci ilin sentyabrına qədər 30%-ə yüksəlmişdir. Hesabatda bu sürətli artımın əsas səbəbləri kimi formal ticarət şəbəkələrinin coğrafi və məhsul çeşidinin genişlənməsi, rahat alış-veriş mühitinin yaradılması və inteqrasiya olunmuş xidmətlərin təklifi göstərilir.

    • Fərdi sahibkarların payı isə əksinə, 55%-dən 46%-ə qədər azalma trendi göstərmişdir. Payın azalması ticarət müəssisələrinin artan rəqabət təzyiqi ilə izah olunur.

    • Məhsul bazarları və yarmarkaların payı isə sabit qalaraq (23%-dən 24%-ə) öz mövqelərini saxlamışdır. Bu, ənənəvi ticarət formalarının, xüsusən də təzə ərzaq məhsullarına tələbat olan seqmentdə, davamlı populyarlığını təsdiq edir.

    ABB tərəfindən hazırlanmış bu təhlilə əsasən belə nəticəyə gəlmək olar ki, 2020-2025-ci illər arasında Azərbaycanın pərakəndə ticarət sektoru təkcə ümumi həcmdə deyil, həm də təşkilati quruluşunda ciddi çevriliş yaşamışdır. Sektor getdikcə daha formal, şəbəkələşmiş və təşkilati cəhətdən qurulmuş ticarət müəssisələrinin üstünlüyü istiqamətində inkişaf edir. Bununla belə, ənənəvi bazarlar özünü ixtisaslaşdığı seqmentlərində sabitlik nümayiş etdirir, fərdi sahibkarlıq forması isə öz rolunu saxlamasına baxmayaraq, ümumi pay itkisinə məruz qalır. Bu dinamika bazarın yetkinləşməsi və istehlakçıların müasir formatlara meylinin artması kimi qiymətləndirilə bilər.

    Mənbə: Azərbaycan Beynəlxalq Bankının (ABB) “Azərbaycan Üzrə Pərakəndə Ticarət Sektorunun Təhlili: Trendlər və Nəticələr” hesabatı (II buraxılış, Dekabr 2025) və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir”

    11 İyun 2026

    Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib

    09 İyun 2026

    Qeyri-neft ixracında özəl şirkətlər kəskin artıb, dövlət ixracatçılarında azalma qeydə alınıb

    02 İyun 2026

    Vüqar Bayramov: “Qadınların iqtisadi baxımdan güclənməsi üçün onlara daha çox güzəştli kredit verilməlidir”

    26 May 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.