“Azərbaycan iqtisadiyyatı bölgədə ən sabit və asanlıqla proqnozlaşdırıla bilən makroiqtisadiyyatdır”
GDP xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxış edib.
Nazir vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı bölgədə ən sabit valyuta kursu, sabit iqtisadi siyasət və sabit makroiqtisadi göstəricilərə malikdir, bu da onu asanlıqla proqnozlaşdırıla bilən edir.
Cabbarov sahibkarlardan gözləntilərindən danışaraq qeyd edib ki, ilk növbədə qarşıda duran çağırış və imkan istehsalın artırılmasıdır. Bununla yanaşı, sahibkarlardan gözləntilərdən biri də məhsuldarlığın artırılmasıdır. Nazir bunun əsas şərti kimi bilikli və bacarıqlı kadrları, həmçinin müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsini və uzunmüddətli layihələrə sərmayə qoyuluşunu mühüm amillər kimi sadalayıb.

