Azərbaycan Biznesinin İnkişafı Fondunun məlumatına əsasən, Qəbələdə yeni sənaye layihəsinin icrası davam etdirilir.
GDP xəbər verir ki. bu çərçivədə iqtisadiyyat naziri Mikayıl Cabbarov inşa edilməkdə olan “Gabala Beverage Company” zavoduna səfər edib.
Səfər zamanı zavodda aparılan tikinti işlərinin mövcud vəziyyəti ilə tanışlıq olub, layihənin icra mərhələsi və gələcək perspektivləri müzakirə edilib. Bildirilib ki, bu cür layihələr regionlarda iqtisadi fəallığın artırılması, özəl sektorun inkişafının dəstəklənməsi və qeyri-neft iqtisadiyyatının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Layihə Azərbaycan Biznesinin İnkişafı Fondu ilə “Georgian Beer Company” Ltd arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında reallaşdırılır. Zavodun tam istifadəyə verilməsi regionda sənaye potensialının genişlənməsinə, yeni iş yerlərinin açılmasına və yerli istehsalın həcminin artırılmasına töhfə verəcək.




