Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının (ASİA) nəzdində fəaliyyət göstərən Sement və Beton Tətbiqləri Komitəsi standartların hazırlanması və təsdiqlənməsinə dair 2026-cı il üçün yol xəritəsini müzakirə etmək məqsədilə iclas keçirib.
GDP xəbər verir ki,iclasda sement, beton və doldurucular üzrə Avropa standartlarının yerli şəraitə uyğunlaşdırılması prioritetlərinin müəyyən edilməsi və nəşr prosesinin səmərəli təşkili istiqamətində koordinasiyalı fəaliyyətin həyata keçirilməsi qərarlaşdırılıb.
Komitənin gündəliyinə həmçinin ölkədə sement və betonun düzgün, təhlükəsiz və səmərəli istifadəsinin təşviqi, bu sahədə müxtəlif dövlət qurumları ilə tərəfdaşlıq imkanlarının müzakirəsi də daxil edilib.
Assosiasiyanın üzvü olan NORM OJSC, Holcim Azerbaijan, Arkoz Sement və Reges Building Materials şirkətləri bu istiqamətdə birgə fəaliyyət göstərəcəklər.

