STP Şirkətlər Qrupu Azərbaycan-Çexiya Biznes Forumunda iştirak edərək beynəlxalq tərəfdaşlıqların inkişafı istiqamətində növbəti mühüm addımını atıb.
GDP xəbər verir ki,forum çərçivəsində STP Şirkətlər Qrupu ilə Çexiyanın aparıcı nəqliyyat və maşınqayırma şirkətlərindən biri olan Škoda Transportation arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənəd istehsal imkanlarının genişləndirilməsini, qabaqcıl texnologiyaların tətbiqini, həmçinin yüksək keyfiyyət standartlarına cavab verən məhsulların istehsalını nəzərdə tutur.
STP Şirkətlər Qrupundan bildirilib ki, bu strateji tərəfdaşlıq beynəlxalq sənaye əməkdaşlıqlarının gücləndirilməsi, yerli istehsalın inkişafı və qlobal bazarlarda mövqeyinin möhkəmləndirilməsi baxımından qrup üçün əhəmiyyətli mərhələdir.

