- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
Azərbaycan şirkətləri Misirdə tikintiyə sərmayə yatırmaqda maraqlıdır. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Bakı ilə Qahirə arasında əməkdaşlıq üçün mühüm iqtisadi potensialın olduğunu bildirib. O, Misir mətbuatına müsahibəsində bildirib ki, bu ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsinin ötən illə müqayisədə artacağı gözlənilir.
İyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib. GDP xəbər verir ki, sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri, o cümlədən bir sıra yeni brendlər nümayiş olunur. İyunun 26-dək davam edəcək sərgi həmçinin iş adamları, sahibkarlar və təchizatçı şirkətlər arasında yeni əməkdaşlıqların qurulmasına imkan verəcək.…
Mərkəzi Bankın əməkdaşları Almaniyanın “Bavarian State Mint” şirkətində təcrübə mübadiləsində iştirak ediblər. GDP x’b’r verir ki, bu səfər çərçivəsində əməkdaşlar metal və qiymətli pul nişanlarının istehsal zonaları, pul blanklarının və istehsal olunmuş pul nişanlarının saxlanc zonaları, istehsal olunmuş pul nişanlarının qablaşdırılması, pul nişanlarının qəliblərinin hazırlanması, onların saxlanılması və məhv edilməsi ilə tanış olublar. Həmçinin şirkət tərəfindən əməkdaşlara texniki ekspertiza zamanı istifadə olunan avadanlıqların iş prinsipi ilə bağlı ətraflı məlumat verilib.
Hacılı Zamin Dilafət oğlu Bank of Baku-da İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı vəzifəsinə təyin olunub. GDP xəbər verir ki, bu barədə bank məlumat yayımlayıb. Qeyd edilib ki, Zamin Hacılı iş fəaliyyətinə 2003-cü ildə başlayıb. 2007-ci ildən etibarən isə Bank of Baku-da çalışıb. 2015-2018-ci illərdə Daxili audit departamentinin direktor müavini, 2018-ci ildən cari təyinata qədər isə Daxili audit departamentinin direktoru vəzifəsini yerinə yetirib. O, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili alıb. Daha sonra 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə magistr dərəcəsini əldə edib.
İyunun 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. Bu barədə “GDP”yə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. “İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya…
“Neft Fondu səhmini aldığı qlobal şirkətlərin idarəetməsinə təsir imkanlarına malik deyil” -AÇIQLAMA
Əksər institusional investorlar, o cümlədən suveren sərvət və pensiya fondları kimi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) də kotirovka olunan səhmlərə investisiyalarını həyata keçirərkən passiv idarəetmə strategiyasından istifadə edir. GDP xəbər verir ki, bunu ADNF səhmlərini aldığı dünya miqyaslı şirkətlərin idarəetmə qərarlarına təsir imkanları barədə suala cavabında qeyd edib. Fond tətbiq etdiyi startegiyanın mahiyyətinə aydınlıq gətirib : “Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya etmək əvəzinə, “MSCI World” kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi 1465 şirkətin (bu şirkətlərin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır) səhmlərini özündə birləşdirir” Fond…
Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti dəfə görüşərək məhsuldar müzakirələr apardıq. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov sosial şəbəkə hesabında yazıb. Mərkəzi Bank səri bildirib: “Görüş zamanı DB ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə icra olunan və perspektivdə duran layihələr və təşəbbüslərdən danışdıq. Həmçinin DB-nin Azərbaycanda həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı gündəmdə olan mühüm məsələləri müzakirə etdik.”
“Ümid edirik ki, sərgidə iştirak edən şirkətlər satış göstəricilərini daha da genişləndirə biləcəkdir” Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndən deyib. O bildirib: “İlk növbədə, ümid edirik ki, sərgidə iştirak edən şirkətlər satış göstəricilərini daha da genişləndirə biləcəkdir. Ötən ilin statistikasına əsasən KOB sektoru üzrə dövriyədə artım müşahidə edilir. Orxan Məmmədov əlavə edib. Ölçülə bilən digər bir gözlənti iştirakçı şirkətlərin inkişaf etməsi və böyüməsidir. Ötən illərin rəqəmləri burada müsbət dinamikanın olduğunu göstərir. Nəhayət, ümid edirəm ki, sərgi təkcə yerli deyil, həmçinin, xarici bazarlarda da…
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına mikro sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün güzəştli kredit fürsəti təqdim edilir. GDP xəbər verir ki, Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir. Tələb olunan sənədlər: -Şəxsiyyət vəsiqəsi -VÖEN -Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd.
Azərbaycanda 2023-cü ildə meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb, halbuki 2022-ci ildə bu göstərici təqribən 4 600 təşkil edib. GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndən deyib. O bildirib: “Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu da, ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxləndirilməsində mühüm rol oynayır”
